Daha bir Azərbaycan bankı kredit cəlb edib
18 Aprel 2011 Bazar Ertəsi 21:23
Almaniyanın “Bank im Bistum Essen” bankı “TuranBank”a 1,5 milyon dollar kredit ayırıb.
Beynəlxalq mübasibətlərin inkişafı və mikromaliyyələşdirmə strateqiyası çərçivəsində “TuranBank” özünün partnyorlar şəbəkəsini müvəffəqiyyətlə genişləndirir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, alman maliyyə təşkilatı olan “Bank im Bistum Essen” ilə tərəfdaşlıq münasibətlərinin qurulması bankın növbəti nailiyyətidir.

Kredit razılaşması çərçivəsində “Bank im Bistum Essen” mikromaliyyə portfelinin daha da gücləndirilməsi məqsədilə “TuranBank”a 1.5 milyon ABŞ dolları həcmində kredit ayırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar