“Bank Respublika” əmanətçiləri arasında keçirilən uduş kampaniyasının növbəti tirajı keçirilib.
“Bank Respublika” əmanətçiləri arasında keçirilən uduş kampaniyasının növbəti tirajı keçirilib və onun nəticəsində daha 6 qalib müəyyən olunub. Ötən aydan başlayaraq, bu ilin dekabr ayının 15-ə qədər hər ay keçiriləcək uduş kampaniyasının əsas hədiyyələri ən yüksək 999,9 əyarlı qızıl külçələrdir.
Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, kampaniya çərçivəsində hər ay nəcib metal – qızıl oynanılır. Əmanət hesabında ən azı 1 il müddətinə və 1000 AZN / USD / EUR məbləği olan hər bir əmanətçi kampaniyanin qalibi ola bilər. Əmanətin hər 1000 AZN / USD / EUR uduş üçün 1 şans verir. Bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmir.
“Bank Respublika”nın əmanətçiləri əmanətin məbləğindən və müddətindən asılı olaraq 45 günədək faizsiz kredit xətti ilə “MasterCard” və “VISA” kartlarını əldə edə, pulsuz bank seyfindən istifadə edə, bank hesabına səyahət və tibbi sığorta və güzəştli şərtlərlə kredit ala, plastik kart hesablarını idarə etməyə imkan verən “Home Banking” və “MobilBank” xidmətinə qoşula bilərlər.
Qeyd edək ki, “Bank Respublika” “Əmanətlərin sığortalanması haqqında” qanununa əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bankda yerləşdirilmiş əhalinin əmanətləri fondun şərtlərinə əsasən sığortalanır.
1992-ci ildən etibarən fəaliyyət göstərən “Bank Respublika” hazırda Azərbaycanın aparıcı banklarındandır. Bankın səhmdarları sırasında “25 faiz + 1 səhm” paketinə malik Almaniyanın 2 böyük maliyyə təşkilatı təmsil olunur – “KfW bank” qrupunun üzvü “DEG” və “Sparkassen-Finanzgruppe” üzvü “SIDT”.
ANSPRESS