Çin yuanı devalvasiya edəcək?
07 Aprel 2010 Çərşənbə 10:50
Hökumət valyutanın kursunu aşağı salmaqla ixracatçılarına üstünlük yaradır.
Çin Xalq Respublikasının xarici işlər naziri ölkəsinin milli valyutanı manipulyasiya etmədiyini bəyan edib. Bunu o, Birləşmiş Ştatların Maliyyə Nazirliyinin yuanın manipulyasiya edilməsi barədə məruzəni çap etdirmək niyyətinə cavab olaraq deyib. Məruzədə deyilir ki, hökumət valyutanın kursunu aşağı salmaqla ixracatçılarına üstünlük yaradır.

Qeyd edək ki, məruzənin çapı iki həftəliyə təxirə salınıb. Buna qədər isə Çinin rəhbəri Xu Tsintao Vaşinqtona səfər edəcək. Yuanın devalvasiya məsələsi səfərin başlıca mövzularından biri olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar