Çin və ABŞ-dan gələn xəbərlər neft qiymətini qaldırıb
10 Sentyabr 2010 Cümə 19:15
“Qara qızıl”ın bareli 75,82 dollara təklif edilib.
Bu gün dünya birjalarında neftin qiyməti bahalaşıb. ABŞ və Çindən verilən pozitiv xəbərlər, eləcə də Beynəlxalq Enerji Agentliyinin dünya üzrə neftə olan tələbata dair proqnozları neft bazarında yüksək alıcılıq qabiliyyətinə səbəb olub.
“WTI” (Light Sweet Crude Oil) markalı neftin barelinin oktyabr ayına olan fyuçerslərinin qiyməti Nyu-Yorkun satış birjalarında 1,57 dollar və ya 2,1% qalxaraq 75,82 dollara təklif edilib, London birjalarında isə “Brent” markalı neftin barelinin qiyməti 0,40 dollar və ya 0,5% bahalaşaraq 76,97 dollar təşkil edib.
Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyi bu gün dərc edilmiş hesabatında 2011-ci ildə dünyada neftə olan tələbatın proqnozlarını dəyişdirməyib. Hesabatda növbəti ildə gün ərzində neft olan tələbatın 87,9 milyon barel olduğu bildirilir. ABŞ-da da ötən həftə işsizlik üzrə verilən sorğuların sayı 27 min azalıb, Çində isə neft ixracı artıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: