Çin neft kəmərinin tikintisinə başlayıb
18 May 2009 Bazar Ertəsi 16:35
Yeni kəmər Şərqi Sibir-Sakit Okean boru xəttinin bir qoludur

Çinin şimal-şərqində Rusiya-Çin neft kəmərinin bu ölkənin ərazisinə düşən hisəssinin tikintisi başlayıb. «Radio Mayak»ın məlumatına görə, kəmər Şərqi Sibir-Sakit Okean neft borusunun bir qoludur. Kəmərin uzunluğu 950 km-dir. Kəmərin həm Rusiya, həm də Çin tərəfdən tikintisi gələn ilin sonuna kimi başa çatmalıdır. Fəaliyyətə isə 2011-ci ildə düşməsi nəzərdə tutulub. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar