Çin ixracatda dünya birincisi oldu
08 Yanvar 2010 Cümə 18:55
Çin ixracatda dünya birincisi oldu. Ölkənin ixracı 1,07 trilyon dollar təşkil edib.
Çin Almaniyanı ötərək ixracatçı ölkələrin siyahısında liderliyi ələ alıb. Bu barədə Almaniyanın Milli Statistika Xidməti açıqlama yayıb.

Belə ki, ötən ilin yanvar-noyabr aylarında Çinin ixracı 1,07 trilyon dollar təşkil edib. Avropanın ən böyük iqtisadiyyatına malik Almaniya isə bu müddətdə 1,05 trilyon dollar həcmində mal ixrac edib.

Qeyd edək ki, 2008-ci ildə dünyanın ən böyük ixracatçısı Almaniya olub. Almaniyanın ixracının ümumi dəyəri 1,5 trilyon dollar olub. Ötən il Çin 1,43 trilyon dollarlıq ixrac məbləği ilə ikinci yeri tutub. ABŞ dördüncü (1,3 trilyon dollar), Yaponiya isə beşinci (0,8 trilyon dollar) olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar