BVF birjalara təsir göstərir
19 Fevral 2010 Cümə 18:05
Qızılın unsiyası 1108 dollara satılır
Beynəlxalq Valyuta Fondunun qərarı hələ də birjalara təsir göstərir. Belə ki, qızılın ucuzlaşması davam edir. Ən son məlumatlara görə, qiymətli metalın unsiyası 1108 dollara və ya qramı 35 dollar 74 sentə satılır.

Qızılla yanaşı avronun da kursu aşağı düşür. Maliyyə bazarlarında Avropanın vahid valyutası 1 dollar 36 sentdən də ucuz dəyişdirilir. Birjalarda neftin qiyməti isə 78 dollar ətrafında sabitləşib.

“Bloomberg” agentliyinin məlumatına görə, Nyu-yorkda "Texas" nefti 78 dollar 8 sentə, Londonda "Brent" nefti 76 dollar 82 sentə təklif olunur. "Azəri-Light" markalı Azərbaycan nefti isə hərraclarda 77 dollar 92 sentə satılır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar