BVF bazara 191 ton qızıl çıxarır
19 Fevral 2010 Cümə 18:10
Satışa çıxarılan qızıl 6,9 milyard dollar məbləğində qiymətləndirilir
Beynəlxalq Valyuta Fondu nəğd vəsait cəlb etmək üçün açıq bazara 191 ton qızıl çıxarır. Satışa çıxarılan qızılın həcmi 6,9 milyard dollar məbləğində qiymətləndirilir. Satışa çıxarılan qızıl fondun bütün ehtiyatının 1/8 hissəsini təşkil edir. Qiymətli metal ölkələrin mərkəzi banklarına təklif ediləcək.

Fondun qızıl ehtiyatının satışı üzrə ikinci mərhələyə start verməsi dünya bazarında qiymətlərə təsir edib. Nəticədə birjalarda qiymətli metalın unsiyası 10 dollardan çox ucuzlaşıb.

Xatırladaq ki, 2009-cu ilin sentyabr ayında BVF 403 ton qızılın satılması barədə qərar qəbul etmişdi. Həmin qızılın 212 tonunu Hindistan, Şri Lanka və Mavrikiya almışdı.

Qeyd edək ki, BVF 3217 ton qızıl ehtiyatına malikdir. Qurum Amerika və Almaniyadan sonra qızıl ehtiyatına görə 3-cü yeri tutur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar