BVF 403 ton qızıl satıb
22 Dekabr 2010 Çərşənbə 18:55
Lakin qurum "qiymətli metal"ı neçəyə satdığını açıqlamır
Beynəlxalq Valyuta Fondu qızıl ehtiyatının 13 faizinin satışını yekunlaşdırıb. Qurumun verdiyi məlumata görə, 2009-cu ilin sentyabr ayından, yəni proqram qəbul ediləndən, 403,3 ton qızıl ton satılıb. Əvvəlcə qızıl alıcıları ancaq mərkəzi banklar olsalar da, indi bazarın bütün iştirakçıları alıcı qismində çıxış edə bilər.

Lakin Beynəlxalq Valyuta Fondunun qızıla görə aldığı məbləğin həcmi açıqlanmır. “Bloomberg”in verdiyi məlumata görə, 2009-cu ildə Hindistan, Şri-Lanka, Mavrikiya mərkəzi bankları 212 ton qızıla 7,15 milyard dollar, 2010-cu ildə isə Banqladeş 10 ton qızıla BVF-ə 403 milyon dollar təqdim edib.

Beynəlxaq Valyuta Fondu sövdələşmənin bazar qiymətlərinə uyğun aparıldığını bildirib.





DOSTLARINLA PAYLAŞ:

oyunlar