“Buralar lap Sizlikdir” başa çatdı
23 Oktyabr 2010 Şənbə 13:05
“Kapital Bank”ın kampaniyasında qalib olan şəxs dünyanın istənilən ölkəsinə səyahət etməyə imkan verən iki nəfərlik turistik vauçer qazandı.
“Kapital Bank”ın yay aylarının ortalarından sonuna qədər, daha doğrusu 15 iyundan - 30 sentyabr tarixli dövrü əhatə edən “Buralar lap Sizlikdir” yay kampaniyası başa çatıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, kampaniya ərzində “Visa” plastik kartlarından nağdsız ödəniş məqsədilə ən çox istifadə edən 11 qalib müxtəlif mükafatlar qazanıblar.
Birinci yeri tutan qalib dünyanın istənilən ölkəsinə səyahət etməyə imkan verən iki nəfərlik turistik vauçerə sahib olub. Digər qaliblər isə müxtəlif məbləğlərdə pul mükafatlarına layiq görülüblər. Bank bundan sonra da yeni maraqlı kampaniyaların təşkilini planlaşdırır.
Qeyd edək ki, oktyabr 15-dən başlayaraq “Kapital Bank”ın “MasterCard” tipli kredit kartlarının hər üç növü üçün 50 faiz endirim qüvvəyə minib. Güzəşt kampaniyası 15 oktyabrdan etibarən 31 dekabr 2010-cu il tarixinə kimi davam edəcək. 50 faizlik endirimi nəzərə alaraq “MasterCard Standard” - 15 manat, “MasterCard Gold” - 40 manat, “MasterCard Platinum”kartları isə 50 manata bankdan almaq mümkün olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: