Büdcəyə 132 milyon 285 min manat vəsait ödənib
28 Mart 2013 Cümə Axşamı 06:53
Bu göstərici ötən ilin fevralına nisbətən 40 milyon 332 min manat və ya 143,9 faiz çox olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) fevral ayında dövlət büdcəsinə 132 milyon 285 min manat vəsait ödəyib. ARDNŞ-dən verilən məlumata görə, bu göstərici ötən ilin fevralına nisbətən 40 milyon 332 min manat və ya 143,9 faiz çox olub. Ümumiyyətlə, cari ilin yanvar-fevral aylarında büdcəyə 266 milyon 516 min manat ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 70 milyon 702 min manat və ya 136,1 faiz çox olub.
Cari ilin fevralında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 400 min manat vəsait köçürüb ki, bu da ötən ilin müvafiq ayına nisbətən 129 min manat və ya 101,1 faiz çoxdur.
Ümumiyyətlə, yanvar-fevral aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 24 milyon 167 min manat təşkil edib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 449 min manat və ya 101,9 faiz çoxdur.
DOSTLARINLA PAYLAŞ: