Büdcənin 50%-i Neft Fondundan maliyyələşəcək
07 Oktyabr 2013 Bazar Ertəsi 18:35
2014-cü ilin dövlət büdcəsinin gəlirlərinin 18,384 milyard manat olması proqnozlaşdırılır.
Gələn il büdcənin 50 faizi Dövlət Neft Fondunun hesabına maliyyələşəcək. Bu barədə 2014-cü ilin dövlət və icmal büdcələrinin layihəsində qeyd olunub. ANS PRESS-in Maliyyə Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, 2014-cü ilin dövlət büdcəsinin gəlirləri 18,384 milyard manat proqnozlaşdırılır. Bu, 2013-cü illə müqayisədə 775 milyon manat və ya 4 faiz azdır.
Gələn ilin dövlət büdcəsi gəlirlərinin 9,3 milyard manatını Dövlət Neft Fondu transfertləri, 7,1 milyard manatının Vergilər Nazirliyi, 1,5 milyard manatını Dövlət Gömrük Komitəsinin xətti ilə, 0,4 milyard manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2 milyardını isə digər daxil olmaların təşkil edəcəyi proqnozlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: