Bu ilin sentyabrında «Opel»in sahibi dəyişəcək
04 İyun 2009 Cümə Axşamı 19:35
Keçid dövrünün xərclərini Almaniya hökuməti öz üzərinə götürüb

 

Bu ilin sentyabr ayında Almaniyanın avtomobil istehsalçısı olan «Opel»in sahibi dəyişəcək. Bunu avtokonsernin səhmdarı olmağa hazırlaşan Kanada-Avstriya birgə müəssisəsi «Maqna»nın vitse prezidenti Ziqfrid Volf «Opel»in əsas müəssisəsinə baş çəkərkən deyib. «Maqna» ilə yanaşı «Opel»in səhmləri Rusiyanın "Sberbank"ının və "Qaz Qrupu" şirkətinin əlinə keçəcək.

Bununla belə, keçid dövrünün xərclərini Almaniya hökuməti öz üzərinə götürüb. «Bu, bizim proqramın əsas məqamlarındandır. İndi bizim üzərimizə düşən odur ki, birgə toplanaq və atacağımız növbəti addımlar haqda qərar verək»,- deyə Ziqfrid Volf bildirib.

Avtomobil istehsalçısının Almaniyadan kənarda fəaliyyət göstərən müəssisələrinin taleyi isə sual altındadır. Böyük Britaniyada, Belçika, İspaniya və Polşadakı zavodlarda 20 min işçi çalışır. Bunu nəzərə alan analitiklər hesab edir ki, «Opel»ə iddialı olan digər namizədlər - İtaliyanın «Fiat» və Çinin «Beijinq» şirkətləri üçün hələ də işıq yeri var. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar