Bu il ölkədə 2300-dən artıq yeni müəssisə yaradılıb
14 İyul 2010 Çərşənbə 01:45
Yeni müəssisələrin 61,7 faizi Bakıda, 10,6 faizi Aran, 5,6 faizi Abşeron, 5,5 faizi Şəki-Zaqatala iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
2010-cu ilin yanvar-iyun ayları ərzində hüquqi və fiziki şəxslərin sayı artmaqda davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2309 hüquqi şəxsin 93-ü dövlət mülkiyyətinə, 3-ü bələdiyyə mülkiyyətinə, 1933-ü isə xüsusi mülkiyyətə, ümumi qeydiyyata alınmışlardan 236-sı tam xarici investisiyalı, 44-ü isə birgə müəssisələrə aid olub.

Yeni müəssisələrin 61,7 faizi Bakıda, 10,6 faizi Aran, 5,6 faizi Abşeron, 5,5 faizi Şəki-Zaqatala iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib. Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında 18438 fiziki şəxs qeydiyyatdan keçib. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar