Bu il daha çox neft çıxarılacaq
12 Yanvar 2010 Çərşənbə Axşamı 15:50
53 milyon ton "qara qızıl" hasil etmək planlaşdırılır
2010-cu ildə Azərbaycanda ötən illə müqayisədə 7 faiz çox, 53 milyon ton neft çıxarılması planlaşdırılır. Dövlət Neft Şirkətindən verilən məlumata görə, hasil ediləcək neftin 80 faizi "Azəri-Çıraq-Günəşli" yatağından "Əsrin müqaviləsi" çərçivəsində çıxarılan neftin, yerdə qalanı isə Dövlət Neft Şirkətinin quruda hasil etdiyi neft hesabına təmin olunacaq.

2010-cu ildə təbii qazın hasilatı da ötən ildəkindən 14 faiz çox olacaq. Belə ki, bu il 28,5 mlrd. kubmetr mavi yanacaq hasil ediləcəyi proqnozlaşdırılır. Bundan başqa, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin 11,5 milyard kubmetr qaz hasil edəcəyi gözlənilir. "bp" şirkətinin isə mavi yanacaq hasilatı 8 mlrd. kubmetr təşkil edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar