Bu il Azərbaycanda sənaye istehsalı artıb
13 Noyabr 2010 Şənbə 02:05
Sənayenin qeyri-neft bölməsində məhsul istehsalının 4,1 milyard manat olub.
2010-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan sənayesində istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3,0 faiz artaraq 22,5 milyard manat təşkil edib. Bu barədə məlumat Dövlət Statistika Komitəsnin internet saytında yerləşdirilib. Məlumatda deyilir ki. 10 ayda mühüm sənaye məhsullarından xam neftin hasilatı 1,6 faiz artaraq 42,9 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 4,2 faiz artaraq 14,0 milyard kub-metr olub. Sənayenin qeyri-neft bölməsində məhsul istehsalı daha çox - 6,1 faiz artıb və həcmi 4,1 milyard manat olub. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,8 faizini təşkil etmiş, ümumi istehsalın 93,2 faizi sənaye mallarının (əmtəələrin), 6,8 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb. Sənaye məhsulunun 75,8 faizi mədənçıxarma bölməsində, 19,0 faizi emal bölməsində, 4,6 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub. Sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar