Bu il 29 milyon ton neft nəql edilib
25 Sentyabr 2013 Çərşənbə 11:40
Nəqletmənin bir hissəsi BTC kəməri ilə həyata keçirilib.
Bu ilin yanvar-avqust aylarında Azərbaycan ərazisindəki magistral kəmərləri ilə 29 milyon ton neft nəql edilib.
Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, nəqletmənin 3/4 hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri (BTC) ilə həyata keçirilib və bu ilin yanvar-avqust aylarında bu kəmərlə 22,1 milyon ton neft ötürülüb.
Bu dövrdə Səngəçal terminalından BTC kəməri ilə 2,1 milyon ton tranzit Türkmənistan nefti nəql olunub.
DOSTLARINLA PAYLAŞ: