Bu il 25,5 mln. ton neft hasil edilib
13 Avqust 2013 Çərşənbə Axşamı 16:03
Ötən ilin analoji dövrü ilə müqayisədə neftin hasilatı 1,2% azalıb, qaz hasilatı isə dəyişməz olaraq qalıb.
Bu ilin ilk yeddi ayı ərzində Azərbaycanda neft hasilatının azalması davam edib. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-iyul ayları ərzində ölkədə 25,5 mln. ton neft və 10,3 mlrd. kubmetr əmtəəlik təbii qaz hasil edilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə neftin hasilatı 1,2% azalıb, qaz hasilatı isə dəyişməz olaraq qalıb.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda neft hasilatı 43,2 mln. ton, təbii qaz hasilatı isə 28,8 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar