Bu gün Mərkəzi Bankın notların yerləşdirilib
04 May 2011 Çərşənbə 19:31
Hərraca 25 milyon manatlıq notlar çıxarılıb.
Bu gün Bakı Fond Birjasında Mərkəzi Bankın 50101730S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 35 milyon manat, hərraca çıxarılan həcmi 25 milyon manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən ANS PRESS-ə verilən məlumat6a görə, hərracda 5 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 27 763 800 manat təşkil edib

Sifarişlər 99.9000% (gəlirlik 1.29%) və 99.7982% (gəlirlik 2.60%) qiymət intervalında təqdim edilib.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.8292% (gəlirlik 2.20%), orta ölçülmüş qiyməti – 99.8596% (gəlirlik 1.81%) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 25 milyon manat məbləğində müəyyən edilib, о cümlədən 800 700 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla. Notların ödəmə tarixi 01 iyun 2011-ci ildir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar