Bu gün 7 milyon manatlıq istiqraz yerləşdiriləcək
11 May 2010 Çərşənbə Axşamı 10:25
Bakı Fond Birjasında Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bu gün saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında (BFB) Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, dövlət qeydiyyat №-si 10303226S, ümumi həcmi 7 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, istiqrazların tədavül müddəti 182 gün, son ödəmə tarixi 09 noyabr 2010-cu ildir.
Hərrac zamanı, DQİ buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
Hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 40%-dən aşağı olduğu təqdirdə Emitent bu sifarişləri qəbul etməmək hüququna malikdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: