BTC piltosuz uçan aparatlarla mühafizə ediləcək
28 Avqust 2010 Şənbə 12:35
Türkiyə neft və qaz boru kəmərlərinin mühafizəsində yeni texnologiyadan istifadə edəcək.
Türkiyə neft və qaz boru kəmərlərinin mühafizəsində pilotsuz uçan aparatlardan istifadə etmək niyyətindədir. “Zaman” qəzetinin məlumatına görə, Ankarada bir araya gələn Enerji və Daxili İşlər nazirliklərinin yetkililəri boru xətlərinin təhlükəsizliyinin pilotsuz uçan aparatlarla təmin olunması məsələsini müzakirə ediblər.
Görüşdə kəmərlərin təhlükəsizliyi üçün xüsusi sistemin qurulması qərara alınıb. Bunun üçün tərəflər TÜBİTAK və TÜRKSAT-la da görüşlər planlaşdırır.
Yazıda qeyd olunub ki, neft və qaz boru kəmərlərinin təhlükəsizliyi “Botaş” və Jandarma Qüvvələri arasında imzalanmış protokola uyğun olaraq jandarma qüvvələri tərəfindən təmin olunur. Ancaq son aylar boru kəmərlərinə qarşı terror aktlarının artması müşahidə olunduğundan müvafiq qurumların rəhbərləri görüşərək bununla bağlı müzakirələr aparıblar.
Görüşdə Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərində tətbiq olunan Real zaman rejimində çalışan nəzarət sisteminin Türkiyə ərazisindəki bütün boru kəmərlərində tətbiqi də qərara alınıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: