BTB Bank kapitalını artırır
04 May 2012 Cümə 22:38
BTB Bank kapitalını artırır. Bankın hər birinin nominal qiyməti 1000 manat olan 1600 səhmi qeydə alınıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "BTB Bank"ın 1,6 milyon manat həcmində adi, sənədli, adlı səhmlərinin emissiya prospektini qeydə alıb. QKDK-dan ANS PRESS-ə verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal qiyməti 1000 manat olan 1600 səhm qeydə alınıb.

Sövdələşmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edir. Emissiya nəticəsində "BTB Bank"ın nizamnamə kapitalı 13,6 milyon manatadək artacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar