Brent nefti 2 dollar bahalaşıb
15 Fevral 2011 Çərşənbə Axşamı 10:38
Nyu-Yorkun NYMEX birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI nefti isə ucuzlaşıb.
Dünən dünya bazarlarında neftin qiyməti müxtəlif istiqamətdə dəyişib. Buna səbəb kütləvi qarışıqlıqla əhatə olunumuş Yaxın Şəqdəki vəziyyətin inkişafı ilə bağlı səhmdarlarda inamsızlığının yaranmasıdır.
Belə ki, bazar ertəsi İCE (InterContinental Exchange Futures) London qitələrarası birjasında Brent Crude Oil markalı neftin mart fyuçerslərinin 1 barelinin dəyəri 2,14 dollar qalxaraq 103,08 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI (Light Sweet Crude Oil) neftinin ixracına dair mart müqaviləsinin dəyəri isə 0.77 dollar ucuzlaşaraq 1 barelə görə 84,81 dollar təşkil edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: