Brend ucuzlaşdı, WTI dəyişmədi
12 Noyabr 2010 Cümə 10:20
Buna səbəb Çində sərmayəçilərin yanacağa tələbatının artmasıdır.
Cümə axşamı dünya bazarlarında keçirilən hərraclarda neftin qiyməti oynaq qalıb. Belə ki, ABŞ-da neftin dəyəri dəyişməz qalsa da, Böyük Britaniyada keçirilən hərraclarda “qara qızıl”ın qiyməti qismən ucuzlaşıb. Buna səbəb isə Çində sərmayəçilərin yanacağa tələbatının artmasıdır.
Noyabrın 11-də Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI (Light Sweet Crude Oil) neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri dəyişməz qalaraq 1 barelə görə 87,81 dollar təşkil edib.
Dünən noyabrın 11-də ICE (InterContinental Exchange Futures) London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent Crude Oil markalı neftin 1 barelinin dəyəri isə 0,15 dollar azalaraq 88,81 dollar təşkil edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: