BP Vyetnamdakı işlərini dayandıracaq
22 İyul 2010 Cümə Axşamı 18:15
BP şirkətinin səhmərini hindistanlılar almaq istəyir.
Hindistanın Dövlət Neft Şirkəti olan ONGC Böyük Britaniyanın “bp” neft şirkətinin Vyetnamdakı səhmlərini almağı planlaşdırır. ONGC şirkətini əsasən “bp”nin “Nam Kon Son” qaz layihəsindəki 35 faizlik payı maraqlandırır. Hindistan şirkəti bu blokda artıq 45 faizlik paya malikdir, qalan hissə isə Vyetnamın “Petrovietnam” şirkətinə məxsusdur.
Qeyd edək ki, “bp”nin Vyetnamdakı yatağında payı təxminən milyard dollar həcmində qiymətləndirilir.
"bp" şirkəti Meksika körfəzində baş verən hadisə ilə əlaqədar yaranan borcunu ödəmək məqsədi ilə Vyetnam və Pakistandakı səhmlərini 1,7 milyard dollara satmağı planlaşdırır. Bir qədər öncə isə şirkət səhmlərinin bir hissəsini Amerikanın “Apache” şirkətinə satmaq barədə razılığa gəldiyi barədə məlumat vermişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: