BP şirkətinin yeni baş direktoru Robert Dadli
27 İyul 2010 Çərşənbə Axşamı 12:10
Britaniyanın BP neft şirkəti Robert Dadlinin şirkətin baş direktoru vəzifəsinə təyin edilməsini rəsmən təsdiqləyib.
«APA-ECONOMICS»in məlumatına görə, R.Dadli 2003-2008-ci illərdə «TNK-BP» Britaniya-Rusiya birgə müəssisəsinin prezidenti vəzifəsində çalışıb, 2009-cu ildən isə BP-nin Direktorlar Şurasının üzvüdür. Cari ilin may ayında şirkət rəhbərliyi onu həmçinin Meksika körfəzində baş verən qəzanın nəticələrinin aradan qaldırılması üçün yeni yaradılmış bölmənin başçısı vəzifəsinə təyin edib.

R.Dadli BP şirkətinin baş direktoru vəzifəsində Toni Heyvordu əvəz edəcək. T.Heyvord öz növbəsində noyabrın 30-dək BP-nin Direktorlar Şurasının üzvü qalacaq, daha sonra isə onun «TNK-BP»-nin Direktorlar Şurasında məsləhətçi vəzifəsinə təyin edilməsi planlaşdırılır. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar