BP prezidenti Toni Heyvord istefa verir
26 İyul 2010 Bazar Ertəsi 05:10
Meksika körfəzində baş vermiş qəzadan sonra “bp” prezidenti Toni Heyvord ABŞ-da və dünyada tənqid hədəfi olmuşdu.
“Bp”neft şirkətinin prezidenti Toni Heyvord tutduğu vəzifədən istefa verməyə hazırlaşır. ANS PRESS “BBC”-yə istinadən xəbər verir ki, şirkət idarə heyəti ilə görüş keçirən Heyvord qərarını 24 saata açıqlayacaq. Qeyd edək ki, Meksika körfəzində baş vermiş qəzadan sonra “bp” prezidenti ABŞ-da və dünyada tənqid hədəfi olmuşdu.
Xəbər mənbəyi Heyvordun yerinə Meksika körfəzində sızıntının qarşısını almağı öhdəsinə götürən amerikalı mütəxəssis Bob Dudleyin təyin olunacağının güman edildiyini bildirib.
Şirkətin düşdüyü zərərin böyük olduğu, təmzlik fəaliyyətləri və təzminatlarla birlikdə bu məbləğin 30 milyard dollardan çox olacağı bildirilib.
Xatırldaq ki, “bp”-in neft axtarışlarında sahib olduğu sahədəki 'Deepwater Horizon' adlı platformada 20 Apreldə meydana gələn partlayışda 11 nəfər ölmüş, şirkət gün ərzində təxminən 800 000 litr neft itkisi ilə üzləşmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: