"BP-Azərbaycan" Azərbaycandakı payını satmaq niyyətində deyil
08 Sentyabr 2010 Çərşənbə 17:45
"BP-Azərbaycan" şirkətinin prezidenti Rəşid Cavanşir ANS-ə müsahibəsində belə deyib.
"BP-Azərbaycan" şirkəti Azərbaycandakı layihələrdəki payını satmaq niyyətində deyil. Bu bəyanatla "BP-Azərbaycan" şirkətinin prezidenti Rəşid Cavanşir ANS-ə müsahibəsində çıxış edib. Onun fikrincə, əksinə "BP-Azərbaycan"a “Şahdəniz”də yeni pay təklif olunsa, şirkət həmin payı hər an almağa hazırdır.

Xatırladaq ki, Rusiya prezidenti Dmitri Medvedevin Bakıya səfəri zamanı Rusiyanın “Qazprom” şirkətinin prezidenti Aleksey Miller BP-nin “Şahdəniz”dəki payını almağa hazır olduqlarını bildirmişdi.

“Mən kiminsə fikirlərinə münasibət bildirmək fikrində deyiləm. Ancaq öz şirkətimiz adından deyə bilərəm ki, nə keçmişdə, nə indi, nə də gələcəkdə BP-nin Azərbaycanda hansısa payını satmaq haqda heç bir planı olmayıb və olmayacaq. Əksinə dediyim kimi biz fəaliyyətimizi genişləndirmək istəyirik. Kimsə bizə əlavə “Şahdəniz”də pay təklif etsə, biz böyük bir sevinclə onu alarıq. Ona görə də bu barədə mən artıq heç nə deyə bilmərəm. Bizim real əməliyyatlar və çiynimizdə daşıdığımız məsuliyyət Azərbaycana bağlılığımızdan irəli gəlir”,- deyə "BP-Azərbaycan" şirkətinin prezidenti Rəşid Cavanşir bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar