Borjomi rusların əlinə keçdi
27 Yanvar 2013 Bazar 19:08
İDS Borjomi şirkətinin nəzarət paketinin satışı üzrə anlaşma baş tutub.
İDS Borjomi şirkətinin nəzarət paketinin satışı üzrə anlaşma baş tutub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, gürcü iş adamı Badri Patarkatsişvilinin varisləri danışıqları yekunlaşdırıblar. Mərhum iş adamının həyat yoldaşı İnna Qudavadze “Praym” agentliyinə açıqlamasında bildirib ki, anlaşmanın son detalları ilə bağlı müzakirələrə yekun vurulub. Səhmlərin “Alfa Group”un strukturlarından birinə satıldığını deyən Qudavadze anlaşma şərtlərinin gizli olduğunu əsas gətirərək əlavə məlumatlar verməkdən boyun qaçırıb. Təkcə onu qeyd edib ki, Patarkatsişvili ailəsində qalan səhm paketinin həcmi şirkətin idarəedilməsində iştirakı nəzərdə tutur.
“Forbes” jurnalının məlumatına görə, İDS Borjomi şirkətinin 100 faizlik səhm paketi 500 milyon dollar cıvarında qiymətləndirilmişdi. “Alfa Group”la anlaşmayadək səhmlərin 87 faizi İDS Borjomi şirkətinə, 13 faiz isə Ukrayna və Gürcüstandakı minotariyalara məxsus idi.
DOSTLARINLA PAYLAŞ: