BMT növbəti iqtisadi böhran xəbərdarlığı
02 Dekabr 2011 Cümə 10:13
İqtisadi böhran Braziliya və Meksikaya daha çox təsir göstərəcək.
BMT İqtisadi və Sosial işlər departamenti (DESA) hazırladığı yeni hesabatda 2012-ci il üçün növbəti iqtisadi böhrana qarşı xəbərdarlıq edib. Qurum gələn il ən yaxşı ehtimalla iqtisadi böyümənin 2.6 faiz ola biləcəyini, pis ehtimala görə isə bu rəqəmlərin 0.5 faiz olacağını bildirib.

Hesabatda 2012-ci ilin kritik il olacağı bildirilir, növbəti 2013-cü ildə isə böyümə sürətinin artaraq 3.2 faiz olacağı qeyd edilib. Bunun isə Avrozonada borc böhranının nəzarətə götürülməsi və çox möhkəm maliyyə siyasətləri həyata keçirilərək mümkün olacağı vurğulanıb.

Hesabatda həmçinin iqtisadi böhranın Braziliya və Meksikaya daha çox təsir edəcəyi, Hindistan və Çində olan iqtisadi böyümənin davam edəcəyi bildirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar