BlackRock Inc rus səhmlərindən imtina elədi
19 May 2014 Bazar Ertəsi 21:40
Dünyanın ən iri institusional investoru, beynəlxalq sərmayə şirkəti BlackRock Inc. risklərdən qorxaraq bütün Rusiya istiqrazlarını satıb.
ANS PRESS-in məlumatına görə, satılan qiymətli kağızların dəyəri "yüz milyonlarla dollar" olub
Qurumun inkişaf etməkdə olan ölkələrdə borc bazarları bölməsinin başçısı Serxio Triqo Pas bildir ki, bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların nəticələri özünü göstərəcək və borc bazarında bütün sövdələşmələr "yavaş-yavaş dondurula bilər".
"Hətta 50 faizdən az hissəsi Rusiyaya məxsus şirkətlər belə daxili nəzarət mütəxssisləri tərəfindən potensial riskli sayılır", - deyə o vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: