Bir sıra neft şirkətləri böhranla bağlı işçi sayını azaldacaqlarını bildiriblər. Dünyanın iri neft servis şirkəti «Schlumberger»in nümayəndələri bildiriblər ki, Şimali Amerikada 100 nəfər ixtisara düşəcək. Onlar ixtisarların yaxın zamanlarda olacağını söyləyiblər.
«Associated Press» bildirir ki, eyni zamanda Amerikanın «Halliburton Co.» və «Baker Hughes» neft servisi şirkətinin təmsilçiləri də əməkdaşlarının sayını azaldacaqlarını söyləyiblər, amma onlar dəqiq rəqəmlər söyləməyiblər.
Xatırladaq ki, bu üç şirkət 2009-cu ildə 10 min adamı işdən çıxarıb. /ANS PRESS/