Bir ilə 356 min manat mənfəət əldə edən bank
20 Yanvar 2011 Cümə Axşamı 12:45
“AmrahBank"ın gəlirləri 10,9 faiz artaraq 13,98 milyon manat olub.
“AmrahBank" 2010-cu ildə vergi ödənilənə qədər 356 min manat mənfəət əldə edib. Bu, bir il əvvəlkindən 6 dəfə azdır. Bankın gəlirləri 10,9 faiz artaraq 13,98 milyon manat, xərcləri 24,8 faiz artımla 13,62 milyon manat olub.
Bankın aktivlər 22,7 faiz azalaraq 78,66 milyon manata düşüb. Kreditləşmə 16,1 faiz artaraq 46,35 milyon manat təşkil edib.
Bankın ümumi öhdəlikləri 80,91 milyon manatdan 57,62 milyon manata azalıb. Depozit portfeli 6,3 faiz genişlənərək 43,75 milyon manat, o cümlədən müddətli depozitlər 16,1 faiz artaraq 28,11 milyon manat olub.
Bu müddət ərzində bankın balans kapitalı 21,04 milyon manata çatıb. Məcmu kapital 0,9 faiz artaraq 20,79 milyon manatı keçib, ödənilmiş nizamnamə fondu 12,5 faiz artaraq 14,39 milyon manat olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: