Beynəlxalq Valyuta Fondu nəhəng banklara yeni vergilər tətbiq etməyi təklif edir
21 Aprel 2010 Çərşənbə 10:45
Beynəlxalq Valyuta Fondu (BVF) “Böyük 20-lik” ölkələrinə nəhəng banklara iki əlavə vergi tətbiq etməyi təklif edib.
“APA-ECONOMICS”in BBC-yə istinadən məlumatına görə, müvafiq qərar layihəsi artıq “Böyük 20-lik” ölkələrinin rəhbərlərinə təqdim olunub.

Layihəyə əsasən, banklar və digər maliyyə institutları fiksasiya olunmuş vergi verəcəklər. Bu vergi qarşılıqlı yardım fondunda toplanacaq və yeni qlobal böhran meydana çıxarsa, zərərləri bu fond qarşılayacaq. Bu fondun həcmi bu və ya digər ölkənin ümumi daxili məhsulunun 2-4%-ni təşkil edəcək.

Bundan başqa, BVF bankın gəlirlərinə və bank işçilərinin əmək haqqına verginin də artırılmasını istəyir.

Xatırladaq ki, “Böyük 20-lik” ölkələrinin Londonda keçirilən sammitində iqtisadi böhran təkrarlanacağı halda, vergi ödəyicilərinin pullarını bankların iflasdan xilas olunmasına yönəltməmək qərara alınıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar