Martın 16-da Muzey Mərkəzində "Ənənəvi İslam memarlığı" mövzusunda gənc memarların beynəlxalq festivalı açılacaq. Festival 2009-cu ildə Bakının İslam Mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq keçirilir.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tədbirdə gənc memarların İslam ənənəvi memarlığına baxışları, mənbədən istifadə tərzi və ənənələrə sadiq qalmaqla yanaşı müasirliyə can atmaları əks olunacaq./ANSPRESS/