Beynəlxalq Bankının yeni məntəqəsi fəaliyyətə başlayıb
25 Dekabr 2010 Şənbə 03:10
Müştərilər bankomatlar vasitəsilə öz bank kartları hesablarına nağd vəsait də köçürə biləcəklər
Azərbaycan Beynəlxalq Bankının 28 May küçəsi, 20 ünvanında yeni özünəxidmət məntəqəsi fəaliyyətə başlayıb. Bankın mətbuat xidmətinin yaydığı məlumata görə, yeni xidmət məntəqəsi “cash-in” tipli 3 yeni bankomatla təchiz edilib. Adi bankomatların yerinə yetirdiyi bütün əməliyyatlarla yanaşı, bu bankomatlar müştərilərə öz bank kartları hesablarına nağd vəsait köçürmək imkanı da verir. İlk vaxtlar məntəqə saat 8-dən 24-dək fəaliyyət göstərəcək. Gələcəkdə isə onu fasiləsiz iş rejiminə keçirmək nəzərdə tutulur. Müştərilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə məntəqə izləmə kameraları ilə təchiz edilib. Məntəqədə idarədənkənar mühafizə xidmətinin əməkdaşı oturacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar