Beynəlxalq Bank üç mükafata layiq görüldü
21 Aprel 2010 Çərşənbə 15:10
Beynəlxalq Bank Şərqi və Mərkəzi Avropa və MDB regionlarında “Ən yaxşı bank” adını qazandı.
Azərbaycan Beynəlxalq Bankı (ABB) Böyük Britaniyanın “EMEA Finance” jurnalının “Best Sustainability Deal” mükafatına layiq görülüb. Bankdan verilən məlumata əsasən, mükafat bankın Azərbaycanda külək elektrik enerjisi istehsalı üzrə ilk “Yeni Yaşma” adlanan layihədə iştirakına görə verilib.

Xatırladaq ki, 118 milyon avro dəyərində olan bu layihə çərçivəsində məcmu gücü 50 MVt olan 20 külək stansiyasının tikintisi nəzərdə tutulur. Həmin layihədə ABB zamin kimi çıxış edir, əsas iştirakçılar isə "Societe Generale" və “Landesbank Berlin” banklarıdır.

Bundan başqa, həmin jurnal Şərqi və Mərkəzi Avropa və MDB regionlarında “Ən yaxşı bank” illik mükafatının yekunlarını açıqlayıb ki, burada ABB Azərbaycan üzrə ən yaxşı bank adına layiq görülüb.

Əlavə olaraq ABŞ-da dərc olunan “Global Finance” jurnalının “İnkişafda olan regionların ən yaxşı bankları” nominasiyasında ABB Azərbaycan üzrə mükafata layiq görülüb.

Qeyd edək ki, bu, ABB-nin həmin nominasiyada 2000-ci ildən əldə olunan artıq 9-cu mükafatdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar