Beş milyon manat həcmində istiqraz hərraca çıxarılacaq
06 Avqust 2010 Cümə 10:00
AİF-in istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır.
Bakı Fond Birjasında (BFB) avqustun 9-da “Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, hərraca 5 milyon manat həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC vasitəsi ilə keçiriləcək. İstiqrazlar 102,1293 qiymətlə satışa çıxarılacaq.
İstiqrazların ödənmə tarixi – 11 dekabr 2019-cu ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Mərkəzi Bankdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: