Bərdədə əmək yarmarkası keçirilib
10 Sentyabr 2010 Cümə 17:25
Yarmarkaya rayonda 207 boş iş yeri çıxarılıb.
Bərdə rayonunda əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib.
Yarmarkaya rayonda fəaliyyət göstərən 37 idarə, müəssisə və təşkilatdan 207 boş iş yeri çıxarılıb. Paylayıcı Elektrik Şəbəkəsi, mərkəzi rayon xəstəxanası, “Qarabağ-Pambıq” ASC yarmarkaya daha çox boş iş yeri çıxarıb. İş yerləri üçün təklif olunan əmək haqqının məbləği 85-620 manat təşkil edib.

Yarmarkada 380-dən çox iş axtaran vətəndaşın 87 nəfəri öz istəyinə və peşəsinə uyğun işə göndəriş alıb. Bundan əlavə, 10 nəfər ictimai işlərə cəlb edilib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar