Bərdədə bank yarmarkası keçiriləcək
16 Dekabr 2010 Cümə Axşamı 17:40
"Parabank" bölgələrdə əhali ilə görüşləri davam etdirir
“Parabank” əldə olunmuş nailiyyətlərlə kifayətlənmir və bu baxımdan bölgələrdə əhali ilə görüşlər keçirməyi davam etdirir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bərdə şəhərində dekabr ayının 17-də və 18-də yeni məhsulları və xidmətləri haqqında əhalini məlumatlandırmaq məqsədi ilə yarmarka keçirməyi planlaşdırır.

Belə ki, dekabrın 17-də açıq hava şəraitində keçiriləcək yarmarkada “Parabank” ASC-nin Xəzinədarlıq departamentinin direktoru E.Ağayev və İctimaiyyətlə Əlaqə şöbəsinin müdiri R.Əliyevin rəhbərliyi altında Satışın stimullaşdırılması və Keyfiyyətinin artırılması şöbəsinin mütəxəssisləri və filialın peşəkar mütəxəssisləri əhalini maraqlandıran sualları cavablandıracaq.

Dekabrın 18-də isə “Parabank” Bərdədə qapalı şəraitdə sahibkarlarla görüş keçirməyi planlaşdırır.

Qeyd edək ki, “Parabank” artıq 20 ildir müştərilərə xidmət göstərir və onların planlarının həyata keçirilməsində maliyyə məsələlərində köməklik edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar