Benzinin alternativi tapıldı
12 Avqust 2011 Cümə 18:27
Amerikalı alimlər yeni texnologiya hazırlayıb
ABŞ-ın Texas ştatında yerləşən Rays Universitetinin alimləri yeni texnologiya hazırlayıb. Həmin texnologiya ilə qısa zamanda benzin və digər yanacaq növlərinin əvəzləyicilərini əldə etmək olar. Amerikalı mütəxəssislər qlyukozanın bioloji yanacağa çevrilməsi vasitələrinin ən yaxşını əldə edib.

Sözügedən texnologiya ilə əldə edilən bakteriyalar benzinin alternativinin yaradılmasından danışmağa əsas verir. Belə ki, bu bakteriyalar biobutanolu 10 dəfə tez əldə etməyə imkan verir, nəinki elmə məlum olan istənilən canlı. Öz növbəsində biobutanol benzini əvəz etməyə imkan verir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar