Belarusda benzinin qiyməti yenə artırıldı
07 İyun 2011 Çərşənbə Axşamı 04:28
Yanacaqdoldurma məntəqələrində kilometrlərlə növbə yaranıb
Belarusun “Belneftxim” şirkəti ölkə ərazisində avtomobil yanacağının qiymətini bu gündən etibarət orta hesabla 30 faiz artırıb. Son bir neçə gün ərzində şirkətin yanacağdoldurma stansiyalarında benzin satışına məhdudiyyət qoyulmuşdu. Hər maşina 25 litrdən artıq benzin satılmırdı.

Yanacağın qiymətinin artırılması barədə qərar yanacaqdoldurma stansiyalarına ötən axşam çatdırılıb. Bundan dərhal sonra məntəqələrdə uzun növbələr yaranıb. Növbələr kilometrlərlə uzanıb.

“Belneftxim”in qərarına görə, gecə yarısından dizel yanadağının qiyməti 30,8 faiz artırılaraq 5100 Belarus rubluna (1,02 dollar), A92 benzini 29,1 faiz artırılaraq 5100 rubla (1,02 dollar) , A95 benzininin qiyməti 33,3 faiz artırılaraq 5800 rubla (1,17 dollar), A80 benzininin qiyməti isə 28,6 faiz artırılaraq 4950 rubla (0,99 dollar) çatdırılıb.

Bununla Belarus hökuməti ölkədə iqtisadi vəziyyətin sabitləşməsi üzrə planı həyata keçirir. Yanacağın qiymətinin sonuncu dəfə 25 faiz artırılmasından cəmi iki həftə keçir. Son artım mayın 24-də baş vermişdi. Bu, il ərzində yanacağın qiymətindəki sayca dördüncü artımdır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar