Belarus Avropaya dizel yanacağının nəqlini dayandırıb
18 Yanvar 2011 Çərşənbə Axşamı 18:55
Buna enerji daşıyıcılarının qiyməti ilə bağlı Rusiya ilə mübahisənin yaranması səbəb olub.
Belarus Avropaya dizel yanacağının nəqlini dayandırıb. Buna səbəb yenidən enerji daşıyıcılarının qiymətinə dair Rusiya ilə mübahisənin yaranması olub. Neft treyderlərinin sözlərinə görə, Belarus Qərbi Avropaya dizel yanacağının nəqlini təzəlikcə dayandırıb.

Qeyd edək ki, Belarus ay ərzində Avropaya 200 min ton dizel yanacağı nəql edir. Lakin bu ilin əvvəlindən neftin nəqli ilə bağlı anlaşılmazlığa görə Rusiya Belarusa tədarük etdiyi neftin nəqlini dayandırmışdı. Nəticədə isə ölkə daxilində yaranan kəskin qıtlıqla əlaqədar Belarus ixracı dayandırmaq məcburiyyətində qalıb. Eyni zamanda Rusiya-Belarus münaqişəsi Rusiyanın “Drujba” boru kəməri vasitəsi ilə Polşa və Almaniyaya nəqlinə təsir etməyib. Bu boru kəmərinin bir hissəsi Belarus ərazisindən keçir. ANSPRESS





DOSTLARINLA PAYLAŞ:

oyunlar