Bayrama qədər pensiyalar veriləcək
29 Dekabr 2009 Çərşənbə Axşamı 17:20
Pensiyaların ödənilməsi üçün son 18 milyon manat yerlərə göndərilib
Bayrama qədər bütün pensiyaçıların pensiyası veriləcək. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib ki, bütün pensiyalar üzrə maliyyələşmə başa çatdırılıb və vəsaitlər hesablara köçürülüb.

Fond sədri bildirib ki, fərdi uçot sisteminin tətbiqi ilə əlaqədar gələcəkdə pensiyaların baza hissəsi əhəmiyyətini itirəcək. “Pensiyanın baza hissəsi müvəqqətidir və bu, müəyyən dövr keçdikdən sonra ləğv olunacaq. Biz pensiya sisteminin özünümaliyyələşmə prinsipi ilə işləməsinə nail olmalıyıq”, - deyə Səlim Müslümov bildirib.

DSMF sədri bildirib ki, bu il pensiyaların ödənilməsi üçün 165 milyon manata qədər vəsaitin maliyyələşdirilməsi təmin edilib. Bu gün pensiyaların ödənilməsi üçün son 18 milyon manat yerlərə göndərilib. Bu vəsait hərbi qulluqçu və xüsusi rütbəli şəxs kimi pensiya alanların müavinətlərinin ödənilməsinə, pensiyaların verilməsində rayonlarında yaranmış kəsirlərin ödənilməsinə sərf olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar