Başak-İnam Sığorta şirkətinə müddətsiz lisenziya verilib
29 Dekabr 2011 Cümə Axşamı 16:40
“Başak-İnam Sığorta Şirkəti”nə lisenziya əvvəllər verilən razılığın müddətinin başa çatması ilə əlaqədar verilib.
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti “Başak-İnam Sığorta Şirkəti” ASC-yə sığorta fəaliyyəti üzrə müddətsiz lisenziya verib. Dövlət Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, lisenziya əvvəllər verilən razılığın müddətinin başa çatması ilə əlaqədar verilib.
Xatırladaq ki, Maliyyə Nazirliyi tərəfindən bu gün ölkədə fəaliyyət göstərən 30 sığorta şirkətindən (o cümlədən bir təkrarsığorta şirkətinə) 18-nə müddətsiz lisenziya verilib.
Qeyd edək ki, sığorta şirkəti Azərbaycanın sığorta bazarında 1996-cı ildən fəaliyyət göstərir. O, 32 sığortalama növü üzrə fəaliyyət göstərir, onlardan 4-ü icbari növə aiddir. Şirkətin həmsahibkarı fransız sığorta və təkrarsığorta şirkəti "GROUPAMA"dır və sonuncuya "Bashak Inam"ın həmtəsisçisi olan Türkiyənin "Bashak Sigorta" şirkətinin səhmlərinin 95 faizi məxsusdur. Şirkətin Nizamnamə Kapitalı 3 milyon manat təşkil edir.
DOSTLARINLA PAYLAŞ: