Bankomatlar ilin sonuna kimi dəyişdiriləcək
06 Aprel 2010 Çərşənbə Axşamı 13:00
"Texnikabank" 35 yeni “Wincor” (Siemens) bankomatı alıb
"Texnikabank" ASC 35 yeni “Wincor” (Siemens) bankomatı alıb və onları ilin sonuna kimi Bakıda və regionlarda quraşdırmağı planlaşdırır. Bankdan verilən məlumata görə, beləliklə, “Texnikabank” bankomat sayına görə ölkədə üçüncü olacaq.

Bu gün bankın sərəncamında 57 ATM var. Alınan maşınlar “Texnikabank”ın plastik kartlarının xidmət coğrafiyasını genişləndirmək, bir sıra köhnə modelləri dəyişmək üçündür. Bankın sərəncamında həmçinin 340 POS-terminal var.

Qeyd edək ki, mart ayında bank öz kart prosessinq mərkəzini işə salıb. Bu, Azərbaycanda dördüncü mərkəzdir. Dövriyyədə “Texnikabank”ın 45 min plastik kartı var. İlin sonuna kimi bu rəqəmin daha 5 min ədəd artacağı gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar