Bankların ümumi aktivləri artıb
01 Fevral 2011 Çərşənbə Axşamı 17:15
Müvafiq göstərici 13,9 faiz təşkil edib
Azərbaycan banklarının ümumi aktivləri ötən il 1625,64 milyon manat və ya 13,9 faiz artaraq 13290,81 milyon manat olub. Dekabrda bu göstərici 593,75 milyon manat və ya 4,7 faiz artıb. Mərkəzi Bankın məlumatına görə, bu il 1 yanvar üçün banklarda nağd pul həcmi 488,02 milyon manat, müxbir hesablarında vəsait 1507,97 milyon manat, maliyyə sektorunun kreditləşməsi 524,67 milyon manat, müştəri kreditləşməsi 8574,25 milyon manat, investisiya həcmi 1070,04 milyon manat, başqa aktivlər 1125,85 milyon manatadək olub.
Bank öhdəlikləri yanvar-dekabr aylarında 1461,51 milyon manat və ya 15,1 faiz artaraq 11121,69 milyon manat təşkil edib. Bundan 5165,35 milyon manat depozitlər, 5141,49 milyon manatı maliyyə sektoruna verilən vəsaitlər və 814,85 milyon manatı başqa öhdəlikər təşkil edib.
Bankların ümumi kapitalı il ərzində 164,14 milyon və ya 8,2 faiz genişlənib, dekabrda isə 0,3 faiz azalaraq 2169,12 milyon manat olub.
DOSTLARINLA PAYLAŞ: