Bankların məcmu kapitalı 0,5 faiz artıb
06 Avqust 2010 Cümə 17:40
İyun ayında bu rəqəm 8,8 milyon manata çatıb.
Azərbaycan banklarının ümumi məcmu kapitalı iyunda 8,8 milyon manat və ya 0,5 faiz artaraq 1799,3 milyon manata çatıb. İlin əvvəlindən bu göstərici 2,3 faiz, illik müddətdə 9 faiz artıb.

Ötən ilin ilk yarısında bankların kapitallaşmasının artım sürəti 5 dəfə çox idi və 11,7 faiz təşkil edirdi. Mərkəzi Bankın məlumatına əsasən, 47 bankdan 5-nin məcmu kapitalı iyunun yekunu üçün minimal tələbdən - 10 milyon manatdan az olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar