Bankların kapitalı azalıb
02 Mart 2010 Çərşənbə Axşamı 12:45
Yanvarda bir kommersiya bankının kapitalı 5 milyon manat səviyyəsinə düşüb
Bu ilin yanvar ayında bir kommersiya bankının kapitalı 5 milyon manat səviyyəsinə düşüb. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bir bankın kapitallaşması ötən ilin dekabrından 3,5 milyon manatdan azdır, daha iki bankın kapitallaşma səviyyəsi 5-10 milyon manat həddindədir. Bu üç qrup bank sektorunun kapitallaşmasının ümumi göstəricisində ümumi xüsusi çəkisi müvafiq olaraq 0,2 faiz, 0,3 faiz və 0,8 faizdir.
Bankların məcmu kapitalının həcminə minimal tələb 2007-ci ilin iyulundan 10 milyon manatdır.
2010-cu ilin yanvarında məcmu kapitalı 10 milyon manatdan çox olan bankların sayı dəyişməyib - 42. Onların bank sisteminin ümumi məcmu kapitalında payı da dəyişməyib - 98,7 faiz. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar