Banklara qoyulan əmanətlər 14 faiz artıb
31 İyul 2010 Şənbə 13:25
Bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov məlumat verib.
Bu ilin 6 ayında Azərbaycanda banklara qoyulan əmanətlər 14 faiz artaraq 2 milyard 483 milyon manata çatıb. Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov ANS TV-yə bildirib ki, bu dövr ərzində qorunan əmanətlərdə də artım qeydə alınıb.
Onun sözlərinə görə, indi banklara qoyulmuş əmanətlərin 1 milyard 665 milyon manatı sığortalı sayılır: “Qorunan əmanətlər 1 milyard 665 milyon manat olub. Burada da 11 faizlik artım var. Əmanətçilərin sayı isə 5 milyon 277 mindir. Bu, ümumlikdə qorunan əmanətçilərin sayıdır”.
A.Cavadov deyib ki, əmanətçilərin sayında isə 4 faizlik artım olub. Ümumilikdə, banklarda olan əmanətçilərin 97 faizi Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır: “Yəni 3 faiz insan var ki, onların əmanətləri sığortalanmır, amma 97 faiz isə tam sığortalanır. Az bir qism əmanətçilər var ki, onların əmantələri qismən sığtortalanır”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: